Azərbaycan.media xəbər verir ki, saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin bir sıra yerlərində arabir yağış, Kəlbəcər, Laçın və Qubadlının yüksək dağlıq ərazilərində isə qar müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakterlidir.
Düşən yağıntının miqdarı Astarada 20 mm, Lənkəranda 16 mm, Şamaxı, Cəlilabad, Bakı və Abşeron yarımadasında 2 mm, Qəbələ, Qobustan, Xızı, Quba, Yardımlı, Biləsuvar, Sabirabad, Xaltan, Şabran, Şuşa, Xankəndi, Xocavənd, Xocalı və Füzulidə isə 1 mm təşkil edib.
Daşkəsən, Ağdam, Sarıbaş (Qax), Kişçay (Şəki), Şamaxı, Qrız, Xaltan, Göyçay və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Qeyd edilib ki, yağıntılı hava şəraiti noyabrın 5-i gündüzədək davam edəcək.
