ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni 84 yaşında vəfat edib
Azərbaycan.media xəbər verir ki, ABŞ-ın keçmiş vitse-prezidenti Riçard “Dik” Çeyni 84 yaşında dünyasını dəyişib.
Axar.az-ın məlumatına görə, bu barədə amerikalı jurnalist Ceyk Şerman bildirib:
“ABŞ-ın 46-cı vitse-prezidenti Dik Çeyni 3 noyabr 2025-ci ildə vəfat edib. O, pnevmoniya və ürək xəstəliyindən yaranan ağırlaşmalar nəticəsində həyatını itirib.”
Qeyd edək ki, Dik Çeyni 2001-2009-cu illərdə Corc Buş administrasiyasında ABŞ-ın vitse-prezidenti olub.
