🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

2026-cı il dövlət büdcəsi layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb

Azərbaycan.media xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub.

İclasa maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Taleh Kazımov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və digər hökumət üzvləri qatılıblar. Hökumət nümayəndələri çıxış edərək deputatların suallarını cavablandırıblar.

İclasın sonunda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi” plenar iclasa müzakirə üçün tövsiyə edilib.