🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Qarabağ” – “Çelsi” oyununa hakim briqadası açıqlanıb

Azərbaycan.media xəbər verir ki, Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” və İngiltərənin “Çelsi” komandası arasında keçiriləcək oyunun hakim təyinatları müəyyənləşib.

“Report”un məlumatına görə, matçı Avstriyadan olan hakim briqadası idarə edəcək. Baş hakim vəzifəsini Sebastian Gishamer yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlayacaq.