🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident: “Texnoloji inkişaf Azərbaycanda əsas prioritet olmalıdır”

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı ölkənin dəyişən dünyaya uyğun addımlar atmalı olduğunu vurğulayıb.

Dövlət başçısı bildirib ki, zaman keçdikcə qarşıda duran vəzifələr də dəyişir və bu gün inkişafın prioritetləri əvvəlki dövrdən fərqlənir:
“Bugünkü inkişaf və gələcək istiqamətləri nəzərə alaraq, hər bir ölkənin inkişafı və təhlükəsizliyi onun texnoloji imkanları ilə müəyyən olunur. Bu gün bunu iqtisadi inkişafda, yeni texnologiyaların tətbiqində, eləcə də müasir müharibələrdə görürük. Buna görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür. Dövlət olaraq biz texnoloji inkişafı bütün sahələrdə tətbiq etməliyik ki, inkişafımız dayanıqlı olsun”, – Prezident əlavə edib.