Azərbaycan.media xəbər verir ki, paytaxtın yollarında 20 istiqamətdə sıxlıq müşahidə olunur. Bu barədə Nəqliyyat, İnfrastruktur və Kommunikasiya Nazirliyi (NİİM) məlumat yayıb.
Hazırda sıxlıq müşahidə olunan istiqamətlər:
-
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;
-
Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
-
Binəqədi şosesi, metronun “Azadlıq Prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
-
Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
-
Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;
-
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
-
Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
-
Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;
-
Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;
-
Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
-
28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
-
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
-
Mikayıl Useynov prospekti, Bayraq meydanının qarşısından Azneft dairəsi istiqamətində;
-
Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
-
Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
-
Fətəli xan Xoyski prospekti, metronun “Gənclik” stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;
-
Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
-
Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
-
Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
-
Babək prospekti, mərkəz istiqamətində.
NİİM sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.
