🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycan.media xəbər verir ki, həftəsonundan etibarən ölkədə ardıcıl dörd gün iş olmayacaq. Bu qərar Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır.

Belə ki, 8 noyabr Zəfər Günü şənbə, 9 noyabr Dövlət Bayrağı Günü isə bazar gününə təsadüf edir. Nazirlər Kabinetinin qərarına əsasən, bayram günləri istirahət günləri ilə üst-üstə düşdüyündən, həmin günlərin əvəzinə növbəti iş günləri qeyri-iş günü elan olunub.

Nəticədə noyabrın 8-i, 9-u, 10-u və 11-i qeyri-iş günləri olacaq.