Azərbaycan.media xəbər verir ki, məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu Events” şirkətinin təşkilatçılığı ilə Nilufər Bakı Konqres Mərkəzində unudulmaz musiqi gecəsi yaşadıb.
Canlı orkestr, yüksək səviyyəli səhnə tərtibatı və sənətçinin enerjili performansı konserti ilin ən yaddaqalan tədbirlərindən birinə çevirib. Gecənin emosional anlarından biri Nilufərin “Yandırdın qəlbimi” mahnısını dərin hisslərlə ifa etməsi olub.
Konsert zamanı sənətçi səhnəyə gənc bir pərəstişkarını – adı da Nilufər olan tamaşaçını – dəvət edərək onunla birlikdə “Son arzum” mahnısını ifa edib. Bu an zalda səmimi və duyğulu atmosfer yaradıb.
Gecənin ən səmimi və əyləncəli anlarından biri isə tamaşaçılar arasında baş verib. Bir xanım səhnəyə yaxınlaşaraq həyat yoldaşı Rəşidi doğum günü münasibətilə təbrik edib və bildirib ki, 35 illik ailə həyatları boyunca yalnız Nilufərin mahnılarını dinləyiblər. Daha sonra xanım səhnəyə qalxaraq “Rəşid, bizi çək!” deyib və zal həm gülüş, həm də alqışlarla dolub. Rəşid də səhnəyə çıxaraq həyat yoldaşı və Nilufərlə xatirə şəkli çəkdirib və sənətçiyə təşəkkürünü bildirib.
İki geyim dəyişən sənətçi konsert boyunca köhnə və yeni mahnılarını ifa edərək tamaşaçılara həm nostalji, həm də sevgi dolu bir musiqi səyahəti yaşadıb. İki saat davam edən proqram izləyicilərdə unudulmaz təəssüratlar yaradıb.
