🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Naxçıvanda Bəxtiyar Məmmədov İran səfiri Müctəba Dəmirçilu ilə görüşüb

Azərbaycan.media xəbər verir ki, noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

APA-nın yerli bürosunun məlumatına görə, görüşdə dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri nəticəsində iki ölkə arasında formalaşan qarşılıqlı əlaqələrdən, eləcə də Naxçıvan Muxtar Respublikasının bu münasibətlərin inkişafındakı rolundan bəhs olunub. Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Əziz Mənsuri də iştirak edib.