🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Nərimanov rayonunda bağlı qapı arxasında qalan şəxsin meyiti tapılıb

Azərbaycan.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-ə istinadla verdiyi məlumata görə, məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.