🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

MN Pirəkəşkül və Ağdərə ərazilərində döyüş sursatlarının məhv edilməsini elan edib

Azərbaycan.media xəbər verir ki, 3-7 noyabr tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonAğdərə rayonu təlim mərkəzi ərazilərində istismar müddəti başa çatmış, istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına uyğun məhv edilməsi prosesi həyata keçiriləcək.

Müdafiə Nazirliyi (MN) əhalini partlayış səsləri ilə bağlı təşvişə düşməməyə çağırıb və bildirib ki, narahatlıq üçün heç bir əsas yoxdur.