Azərbaycan.media xəbər verir ki, Hurriyyet.az-ın məlumatına görə, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə keçirilən konfransda çıxışı zamanı bildirib ki, Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına hazırdır.
Qriqoryan vurğulayıb ki, sülh prosesinin institutlaşdırılması ilə yanaşı, Türkiyə ilə münasibətlərin normallaşdırılması da Ermənistan hökumətinin prioritetlərindən biridir. Onun sözlərinə görə, ölkə sərhədlərin açılması üçün bütün lazımi hazırlıqları görüb və bu addım hər iki ölkəyə qarşılıqlı iqtisadi fayda gətirə bilər.
