Azərbaycan.media xəbər verir ki, məşhur xanəndə, əməkdar artist Təyyar Bayramovun yeni ifası “Əziz Dostum” rəsmi olaraq dinləyicilərə təqdim edilib.
Mahnı dostluq və bağlılıq mövzularına toxunur, şəxsi və səmimi mesajlar daşıyır. Mahnının musiqisi Qulu Əsgərov, sözləri Rəsul Həmzətov, aranjemanı İlkin Valehoğlu, tar ifası Rəşad İbrahimov, kamança ifası isə Təbriz Yusubov tərəfindən hazırlanıb.
Yeni mahnı artıq rəqəmsal musiqi platformalarında və YouTube-da yayımlanıb. Dinləmək üçün link: YouTube
“Əziz Dostum”un dinləyicilərə emosional təcrübə yaşatması və musiqi səhnəsində öz yerini tutması gözlənilir. Mahnının yayımlanması ilə bağlı Təyyar Bayramovun fanatları və musiqisevərlər tərəfindən böyük maraq göstərildiyi qeyd olunur.
Fuad Biləsuvarlı
Mənbə: Azərbaycan.media
