🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Elton Məmmədov 3 milyon manat ödəniş üçün əmlaklarını satışa çıxarıb

Azərbaycan.media xəbər verir ki, adı son günlər Ramiz Mehdiyev işi və AMEA-dakı 3 milyonluq cinayət işində hallanan keçmiş deputat, hazırda AMEA-nın Sosial Xidmətlər Şöbəsinin müdiri Elton Məmmədov ətrafında söz-söhbətlər davam edir.

Bundan əvvəl Baş Prokurorluq açıqlamışdı ki, Elton Məmmədov vurduğu 3 milyon manatı özü tərəfindən ödəyib. Axar.az-ın Oxu24.com-a istinadla verdiyi məlumata görə, həmin məbləği ödəmək üçün Məmmədov əmlaklarını satışa çıxarıb. Bu proses onun üçün asan olmayıb.

Belə ki, o, Novxanı qəsəbəsindəki dəbdəbəli bağ evini, 3 ədəd son model avtomobilini, “20 Yanvar” metrosu yaxınlığında yerləşən kafesini, “MAİN” Yaşayış Kompleksindəki beş mənzilini (2 və 3 otaqlı), böyük sahəyə malik avtoqarajını və Həsən Əliyev küçəsindəki, keçmiş “Tramvay Parkı” yerində inşa edilmiş hündürmərtəbəli binadakı iki mənzilini dəyər-dəyməzinə satıb.

Qeyd olunur ki, Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Hər iki qardaş Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin yaxın çevrəsinə daxil olub, dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunublar.