🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Çin “Yaogan-46” zondlama peykini orbitə çıxarıb

Azərbaycan.media xəbər verir ki, Çin “Yaogan-46” adlı Yerin məsafədən zondlama peykini uğurla orbitə çıxarıb. Bu barədə məlumat Çin Kosmik Elm və Texnologiya Korporasiyası (CASC) tərəfindən yayımlanıb.

Peyk “Çançjen-7A” daşıyıcı raketi vasitəsilə stansiyaya çatdırılıb. Bildirilir ki, peyk təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin yumşaldılması, milli torpaq və su ehtiyatlarının tədqiqi, eləcə də meteorologiya məqsədilə istifadə olunacaq.