Azərbaycan.media xəbər verir ki, İsrailin “Maariv” qəzeti Beynəlxalq Valyuta Fondunun (BVF) 2025-ci il üçün iqtisadi artım proqnozlarını təhlil edib.
Hesabatlara görə, Misirin iqtisadi artımı 4,3%, Türkiyənin 3,5%, İsrailin isə 2,5% səviyyəsində proqnozlaşdırılır. Qəzet vurğulayıb ki, Türkiyə və Misir regional rəqabətdə İsraildən üstün mövqedə olacaq.
Hesabatda qeyd olunub ki, Türkiyənin iqtisadi güclənməsi və Böyük Britaniya ilə imzalanmış “Eurofighter Typhoon” qırıcı təyyarələrinin alınması müqaviləsi iki NATO müttəfiqi arasındakı əlaqələri möhkəmləndirib və Türkiyənin hava hücumundan müdafiə qabiliyyətini artırıb.
Eyni zamanda, İsrailin regional rəqibləri kimi gördüyü Türkiyə və Misir arasındakı münasibətlərin yaxınlaşması diqqətə çatdırılıb. Məqalədə ötən ay Aralıq dənizində keçirilən birgə hərbi təlim bu yaxınlaşmanın nümunəsi kimi təqdim edilib.
