🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Brent” və “WTI” neftinin qiymətləri bahalaşıb

Azərbaycan.media xəbər verir ki, “ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin 2025-ci ilin yanvar ayı üzrə müqavilə qiyməti 0,39% artaraq bir barel üçün 65,02 ABŞ dolları təşkil edib.

“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında isə dekabr ayı üzrə “WTI” markalı neftin bir barelinin qiyməti 0,38% bahalaşaraq 61,21 ABŞ dollarına çatıb.