🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda və Abşeronda leysan yağış və buludlu hava gözlənilir

Azərbaycan.media xəbər verir ki, noyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, gün ərzində arabir yağış yağacaq, yarımadanın bəzi yerlərində isə leysan xarakterli yağıntılar müşahidə ediləcək.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13°, gündüz isə 15-17° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət 75-85% təşkil edəcək.

Ölkənin rayonlarında bəzi yerlərdə arabir yağış, ayrı-ayrı ərazilərdə isə leysan xarakterli yağış, şimşək çaxması və dolu ehtimalı var. Axşam saatlarından başlayaraq qərb rayonlarında yağıntılar tədricən kəsiləcək, bəzi ərazilərdə arabir duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 17-21°, dağlarda isə gecə 0-5°, gündüz 5-10° isti olacaq.