🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycana idxal olunan ekoloji təmiz avtomobillərin sayı rekord səviyyəyə çatıb

Azərbaycan.media xəbər verir ki, Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika və Dövlət Gömrük Komitələrinin rəsmi məlumatları əsasında apardığı təhlilə görə, 2020-ci ilin əvvəlindən 2025-ci ilin 1 oktyabr tarixinədək ölkəyə ümumilikdə 122 579 ədəd “yaşıl” minik avtomobili gətirilib.

Bu avtomobillərin strukturu belədir:

  • 56,7% (69 500 ədəd) — hibrid,

  • 36,4% (44 578 ədəd) — “plug-in” hibrid,

  • 6,9% (8 501 ədəd) — tam elektrik mühərrikli avtomobillər.

MTM-in təhlili göstərir ki, 2024-cü ilin 4-cü rübündən etibarən ölkədə “plug-in” hibrid avtomobillərin idxalı klassik hibridləri qabaqlayıb. Məsələn, 2024-cü ilin 3-cü rübündə ölkəyə 4 389 ədəd hibrid və 2 362 ədəd “plug-in” hibrid gətirilmişdisə, növbəti rübdə bu göstəricilər dəyişib: 5 384 “plug-in” hibrid və 5 103 hibrid idxal olunub.

2025-ci ilin 3-cü rübündə isə “plug-in” hibridlərin idxalı 17 909 ədədə çataraq rekord həddə yüksəlib. Eyni dövrdə 3 518 hibrid və 630 tam elektrik mühərrikli avtomobil ölkəyə gətirilib.

MTM vurğulayır ki, “plug-in” hibridlər artıq Azərbaycanın ekoloji təmiz nəqliyyat bazarında aparıcı yerə çıxıb. Tam elektrik mühərrikli avtomobillərin idxalı isə hələlik məhdud templə artır; ən yüksək rüblük göstərici 2023-cü ilin 3-cü rübündə 994 ədəd olub.