Azərbaycan.media xəbər verir ki, Axar.az-ın Teleqraf-a istinadən verdiyi məlumata görə, Ermənistan parlamentinin sədri Alen Simonyan Prezident İlham Əliyevin bugünkü bəyanatını şərh edərkən bildirib ki, o, bu fikri təhlükəli saymır və qayıdışın hərbi vasitələrlə deyil, sivil nəqliyyatla olmasını vurğulayıb.
Simonyan jurnalistlərlə söhbətində deyib: “Yəni deyir ki, məsələ müharibə ilə həll olunmayacaq. Biz də Qarabağ sakinlərinin (könüllü getmiş ermənilərin) qayıtmasından bəhs edərkən, tanklardan danışırıq?” — spiker sualı cavablandırarkən belə söyləyib.
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı demişdi: “Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqı və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq.”
