Azərbaycan.media xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bir ay ərzində Abşeron dairəvi marşrutu ilə daşınan sərnişin sayında yeni rekorda imza atıb. Belə ki, oktyabr ayında dəmir yolu ilə 1 068 212 nəfər səfər edib.
Bu barədə məlumatı ADY yayıb. Qurumun açıqlamasında qeyd olunur: “Rahat və təhlükəsiz səfərlər üçün bizə etibar edən sərnişinlərimizə təşəkkür edirik!”.
Oxundu: 8
