Azərbaycan.media xəbər verir ki, Türkiyənin Kütahya bölgəsində zəlzələ baş verib. Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumatına görə, zəlzələ 3 bal gücündə olub.
Eyni zamanda, Türkiyədə Balıkesir vilayətinin Sındırqı rayonunda 4,3 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 15:41-də (Bakı vaxtı ilə 16:41) baş verib. Zəlzələnin ocağı 14,13 kilometr dərinlikdə yerləşib.
