Azərbaycan.media xəbər verir ki, Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
Report-a istinadla bildirilib ki, “Toyota Kamri” markalı minik avtomobili idarəetmədən çıxaraq Samur-Abşeron kanalının Sumqayıtdan keçən hissəsinə düşüb.
Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
