🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sahibə Qafarova Qahirədə Böyük Misir Muzeyinin açılışında iştirak edib

Azərbaycan.media xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, açılış mərasimində bir çox ölkələrin dövlət, hökumət və parlament rəhbərləri iştirak ediblər. Tədbirdə Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin iştirakçılara müraciəti səsləndirilib, Baş nazir Mustafa Mədbuli isə salamlama nitqi ilə çıxış edib.

Mərasim Misir mədəniyyətini əks etdirən bədii proqramla davam edib, daha sonra muzeyin ən simvolik artefaktlarının sərgisi nümayiş olunub.

Qeyd edək ki, Böyük Misir Muzeyində Misir sivilizasiyasının müxtəlif dövrlərinə aid eksponatlar, o cümlədən 100 mindən çox artefakt sərgilənir.