Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 3-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti müşahidə ediləcək.
Bu səbəbdən avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Xidmət sürücüləri ehtiyatlı olmağa və hava şəraiti ilə əlaqədar hərəkət sürətinə uyğun davranmağa çağırıb.
