🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya bir gündə Ukraynaya məxsus 164 pilotsuz uçuş aparatını vurdu

Azərbaycan.media xəbər verir ki, Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə ərazisi üzərində Ukraynaya məxsus 164 pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, vurulan PUA-ların bölgələr üzrə paylanması belə olub: Krasnodarda – 32, Krımda – 26, Bryanskda – 20, Volqoqrad, Rostov və Orlov vilayətlərində – 9, Lipetskdə – 6, Voronejdə – 5, Belqorod, Kursk və Tula vilayətlərində – 2 ədəd PUA zərərsizləşdirilib.

Bundan əlavə, Qara dəniz suları üzərində 39, Azov dənizi üzərində isə 3 pilotsuz aparatın məhv edildiyi bildirilib.