🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qoz-fındıq müntəzəm yeyənlərin ürək xəstəliklərindən ölüm riski 14% azalır

Azərbaycan.media xəbər verir ki, müntəzəm şəkildə çərəz, xüsusən də qoz-fındıq istehlakı ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.

Bu barədə ABŞ-ın Loma-Linda Universitetinin alimləri tərəfindən aparılan tədqiqatda qeyd olunub. Araşdırmanın nəticələri məşhur EatingWell portalında dərc edilib.

Tədqiqatda ABŞ və Kanadadan 80 mindən çox orta yaşlı könüllü iştirak edib. Araşdırma Adventist Health Study 2 layihəsinin məlumatları əsasında aparılıb.

Məlum olub ki, müntəzəm olaraq qoz-fındıq yeyən insanların ürək-damar xəstəliklərindən ölüm riski çərəzi nadir hallarda və ya ümumiyyətlə yeməyən şəxslərlə müqayisədə 14 faiz daha azdır. Həmçinin bu şəxslərdə ölümcül işemik ürək xəstəliyi riski 19 faiz aşağı olub.

Alimlər bildiriblər ki, badam, keşyu və qoz ən faydalı çərəzlər hesab olunur. Bu növlərin müntəzəm istehlakı ürək-damar xəstəliklərindən ölüm riskini 17%, koronar ürək xəstəliyindən isə 27% azaldır.