Azərbaycan.media xəbər verir ki, ötən gecə pilotsuz uçuş aparatının hücumu səbəbindən Rusiyanın Soçi şəhərinin hava limanında təxminən 20-yə yaxın reys təxirə salınıb.
“Qafqazinfo”nun məlumatına görə, “Baza” teleqram kanalı insidentlə bağlı xəbər yayıb. Bildirilib ki, Soçidən planlaşdırılan uçuşların əksəriyyəti 4-5 saat, bəzi reyslər isə 11 saata qədər gecikib.
Gecikmələrə görə çoxsaylı sərnişinlər hava limanının salonlarında gecələmək məcburiyyətində qalıblar. Hazırda 17 reysin gecikdiyi bildirilir.
