🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Noyabrın 3-ü üçün hava proqnozu açıqlanıb

Azərbaycan.media xəbər verir ki, noyabrın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gün ərzində tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14°, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 770-773 mm civə sütunu aralığında dəyişəcək, nisbi rütubət gecə 70-80%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın digər rayonlarında hava əsasən yağmursuz keçəcək. Gündüz bəzi yerlərdə qısamüddətli yağış və şimşək çaxması ehtimalı var, bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu rayonlarda gecə 6-10°, gündüz 17-21° isti, dağlıq ərazilərdə gecə 0-5°, gündüz 7-12° isti olacaq.