Azərbaycan.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında yaxın zamanda görüşün keçirilməsi mümkündür, lakin buna təcili ehtiyac duyulmur.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib. “Hipotetik olaraq belə bir görüş mümkündür, lakin hazırda buna ehtiyac yoxdur”, – deyə Peskov bildirib.
Qeyd edək ki, Putin və Tramp oktyabrın 16-da baş tutan telefon danışığından sonra Budapeştdə görüşmək barədə razılığa gəlmişdilər. Lakin oktyabrın 23-də Donald Tramp sammitin qeyri-müəyyən müddətə təxirə salındığını elan edib.
