🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İran ABŞ və İsrailin bombaladığı nüvə obyektlərini yenidən inşa edəcək

Azərbaycan.media xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrail tərəfindən dağıdılmış nüvə obyektlərinin yenidən tikiləcəyini açıqlayıb.

Modern.az-ın məlumatına görə, prezident bildirib: “Alimlərimiz bilirlər ki, ABŞ və İsrail binaları və zavodları məhv etməklə Tehrana ciddi problemlər yarada bilməyəcəklər. Biz bu obyektləri yenidən inşa edəcəyik və onların imkanları daha da geniş olacaq”.

Xatırladaq ki, İsrail iyunun 13-də İrana qarşı əməliyyatlara başlayıb və ölkəni gizli hərbi-nüvə proqramı həyata keçirməkdə ittiham edib. Hədəflər nüvə obyektləri, generallar, nüfuzlu nüvə fizikləri və aviabazalar olub.

İran ittihamları rədd edib və öz hücumları ilə cavab verib. Tərəflər 12 gün ərzində qarşılıqlı zərbələr endiriblər, iyunun 22-də ABŞ da İranın nüvə obyektlərinə hücuma qoşulub. İyunun 23-də İran ABŞ-nin Qətərdəki “Əl-Üdeyd” bazasına raket zərbələri endirib və daha geniş eskalasiyaya getməyəcəyini bəyan edib.

Daha sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəs barədə razılaşma əldə edildiyini açıqlayıb.