Azərbaycan.media xəbər verir ki, günəşdə iki həftəlik sakitlikdən sonra güclü partlayışlar yenidən müşahidə olunmağa başlayıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
Məlumata görə, Moskva vaxtı ilə saat 04:00-da (Bakı vaxtı ilə 05:00) ulduzun şərq kənarında M1.0 gücündə partlayış qeydə alınıb.
Ekspertlər bildirir ki, bu hadisə 3-9 noyabr həftəsində pik həddə çatacaq uzunmüddətli Günəş aktivliyinin artımının xəbərçisidir. Eyni zamanda, ulduzun sol kənarında Yerə doğru iki güclü aktivlik mərkəzinin meydana çıxdığı müşahidə olunub.
Qeyd edək ki, Günəşdəki partlayışlar rentgen şüalanmasının gücünə əsasən A, B, C, M və X siniflərinə ayrılır.
