Azərbaycan.media xəbər verir ki, İtaliyanın Cənubi Tirol bölgəsində, Alp dağlarının Ortler yüksəkliyində baş verən qar uçqunu nəticəsində itkin düşən iki alpinistin cəsədi tapılaraq çıxarılıb.
AZƏRTAC-ın məlumatına görə, əlverişsiz hava şəraitinə baxmayaraq, xilasedicilər Ortler dağ silsiləsində itkin düşmüş alpinistlərin axtarışlarını davam etdiriblər. Axtarış-xilasetmə əməliyyatına helikopterlər, mülki müdafiə qüvvələri və xüsusi təlim keçmiş itlər cəlb olunub. Nəticədə ata və onun 17 yaşlı qızının cəsədləri tapılaraq çıxarılıb.
Qeyd edək ki, qar uçqunu nəticəsində ümumilikdə beş alman əsilli alpinist həlak olub.
Oxundu: 4
