🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Baydenin müşaviri: “Koronavirusa yoluxması Tanrının ona vurduğu şillə idi”

Azərbaycan.media xəbər verir ki, ABŞ prezidenti postu uğrunda Donald Trampla apardığı seçki mübarizəsi zamanı koronavirusa yoluxan Co Baydenin xəstəliyi onun üçün Tanrının “şilləsi” olub. Bu fikri Baydenin müşaviri jurnalist Conatan Karlın “Qisas: Donald Tramp və Amerikanı dəyişən kampaniya” adlı kitabında qeyd edib.

Məlumata görə, 2024-cü ilin iyulunda o vaxtkı ABŞ prezidenti Co Bayden seçki kampaniyasının ən gərgin dövründə namizədliyini geri çəkdiyini açıqlamışdı. Həmin vaxt onun səhhətində ciddi problemlər müşahidə olunmuş, koronavirusa yoluxduğu bildirilmişdi.

Karl kitabında müşavirin sözlərini belə sitat gətirib: “Tanrı bizə müəyyən siqnallar göndərirdi. Sonra onu üzünə şillə vurdu və kovidlə yoluxdurdu”.

Müəllif əlavə edib ki, Bayden namizədliyini geri çəkmə qərarını televiziyadan xalqa müraciət edərək deyil, yazılı bəyanat vasitəsilə açıqlayıb, çünki həmin dövrdə səhhəti buna imkan vermirdi.

Qeyd edək ki, Baydenin prezidentlik yarışındakı varisi vitse-prezident Kamala Harris olub. O, keçirilən seçkilərdə Donald Trampa uduzub.