Azərbaycan.media xəbər verir ki, oktyabrın 30-da şüvüllə tullanma üzrə keçmiş yüngül atlet, 86 yaşlı Pentti Nikula dünyasını dəyişib. Bu barədə “İlta-Sanomat” məlumat yayıb.
Pentti Nikula 1962-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında 4,94 m hündürlüyü qət edərək dünya rekordu qırıb. O, həmçinin tarixdə qapalı məkanda 5 m hündürlüyü qət edən ilk idmançı olub, baxmayaraq ki, o vaxtlar qapalı məkanda nəticələr rəsmi hesab edilmirdi.
Nikula həmçinin dörd Avropa rekorduna sahib olub və şüvüllə tullanma tarixində iz qoymuş idmançılardan biri hesab edilir.
