Azərbaycan.media xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 1-də Misir Ərəb Respublikasının Qahirə şəhərinə işgüzar səfər edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin APA-ya verdiyi məlumata görə, Qahirənin beynəlxalq hava limanında sədr Misir Xarici İşlər Nazirliyinin səfiri Valid Şams, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov və digər rəsmi şəxslər tərəfindən qarşılanıb.
Səfər çərçivəsində Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edəcək.
