🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Noyabrın 2-nə olan hava proqnozu: Bakıda və bölgələrdə yağış gözlənilir

Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılsa da, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi gündüz saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Paytaxtda havanın temperaturu gecə 11–15, gündüz 17–20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 60–70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında arabir yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək, mülayim şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 5–10, gündüz 17–22 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7–12 dərəcə isti olacaq.