🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ermənistan Azərbaycandan təbii qaz almağı planlaşdırır

Azərbaycan.media xəbər verir ki, Ermənistan hökuməti Azərbaycandan təbii qaz almağı nəzərdən keçirir. Bu barədə erməni politoloq Benyamin Matevosyan açıqlama verib.

Ekspertin fikrincə, bu addım Ermənistanın Rusiya qazından imtina etməsi fonunda reallaşa bilər: “Avronest”in İrəvanda keçirilən son plenar iclasında Avropa Parlamentinin bir üzvü Ermənistanı Rusiya qazı və işığından imtina etməyə çağırmışdı”.

Matevosyan bildirib ki, avropalı parlamentari əslində Ermənistanın hakim partiyası Mülki Müqavilənin mövqeyini ifadə edib. O, partiyanın deputatı Qagik Melkonyandan sitat gətirib: “Azərbaycan qazı zəhərlidirmi ki, onu almayaq? Bir gün Rusiya qazından imtina etmək lazımdır ki, müstəqil yaşaya bilək”.