🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ƏMƏKDAR ARTİST RAFİQ İBRAHİMOVUN 70 İİLİK YUBİLEYİDİR

 

Azərbaycan.media xəbər verir ki, Bakı Bələdiyyə Teatrının veteran aktyoru, Əməkdar artist Rafiq İbrahimovun yubleyidir, yaşasaydı 70 yaşını qeyd edəcəkdi.
R.İbrahimov 1974-1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram, kino aktyorluğu fakültəsində təhsil alıb.
Tələbəlik illərində görkəmli şair Səməd Vurğunun “Fərhad və Şirin” mənzum dramından parçalarda Şapur obrazını yaradaraq sevimli müəllimi Adil İsgəndərovdan ilk “əla” qiymətini alıb. Sonralar Şekspirin “On ikinci gecə” və S. S. Axundovun “Eşq və intiqam” əsərləri əsasında hazırlanmış diplom tamaşasında Antoniyu və Şahbaz bəy rollarının ifası ilə uğur qazanıb.
Təhsilini bitirdiyi ildən Tədris teatrında çalışıb. Sonralar fəaliyyətinə Sumqayıt Dövlət Dram Teatrında davam edib. cHəmion illərdə müxtəlif səpkili tamaşalarda baş rollarda 20-yə yaxın yadda qalan obrazlar yaradıb.
Aktyor bir müddət Azərbayan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub, səhnə danışığı fənnini tədris edib.
1994-cü ildən etibarən isə bütün yaradıcılığını Bakı Bələdiyyə Teatrına həsr edib, teatrın sənəsində bir-birindən maraqlı obrazlar yaradıb.
BBT-NİN səhnələşdirdiyi Nəriman Nərimanovun “Nadir şah” faciəsində Səlim xan, R.İçərişəhərlinin “Vətənə igidlər gərəkdir” pyesində Fikrət, S.Rəşidinin “Mənim Ərdəbilim” əsərində Həşim ağa, O.Altunbayın “Tomris”ində Bagudar, F.Məmmədovun “Anasının gül balası”nda Şahmar, A.Məmmədovun “Dəli Domrul”nda Dədə Qorqud, N.Nərimanovun “Nadir şah”nda Səlimağa, N.Rəfibəylinin “Məhsətisində”- Şah, Əmir Pəhləvanın “İnsan və İblis”ndə İblis, A.Babayevin “Oğul”nda Cani, C.Cabbarlının “Dönüş”ndə Zaman, C.Məmmədquluzadənin “Ölülər”ində Səlim ağa, N.Hikmətin “Damokl qılıncı”nda Arxitektor, İ.Kərimovun “Xəyanətin Müsibəti”ndə Ömər, A.Qurbaninin “Türk sancağı”nda Məşədi Heydər və b. tamaşalarda maraqlı rollara imza atıb.
R.İbrahimov eyni zamanda kinoda da bir aktyor kimi müxtəlif səpgili obrazlar yaradıb. “Ağ atlı oğlan”da polis işçisi (1995, tammetrajlı bədii film), “Hökmdarın taleyi”ndə (2008, tammetrajlı bədii film), “Sonuncu dərviş”də raykom nümayəndəsi(2009, tammetrajlı bədii film), “Dələduzlar”da şikayətçi (2014, tammetrajlı bədii film) və s. filmlərdə aktyorun oynadığı rollar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Ömür vəfa etsəydi, arzuladığı, oynamaq istədiyi rollar var idi…

 

 

 

Mənbə: Azərbaycan.media