Azərbaycan.media xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan İsveçrəyə 247,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında yer alıb.
Məlumata görə, ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 128,2 milyon ABŞ dolları və ya 2,1 dəfə çoxdur.
Təkcə sentyabr ayında Azərbaycandan İsveçrəyə 27,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 8,7 milyon ABŞ dolları və ya 45,8% artım deməkdir.
Ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dollarına çatıb.
