🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda kiçik sahibkarlara verilən kreditlərin həcmi artıb

Azərbaycan.media xəbər verir ki, bu ilin oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1 milyard 620 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən, bu göstərici cari ilin sentyabr ayı ilə müqayisədə 46,4 milyon manat və ya 2,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 48 milyon manat və ya 3% artım deməkdir.

Məlumata görə, sentyabrın 1-nə qədər bu rəqəm 1 milyard 573 milyon manat olub. Müqayisə üçün, 2024-cü ilin oktyabrın 1-nə göstərici 1 milyard 572 milyon manat təşkil edib.

Ümumilikdə, bu ilin oktyabr ayının 1-nə Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15 milyard 545 milyon manata çatıb. Bu da əvvəlki ayla müqayisədə 452,8 milyon manat və ya 3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,1 milyard manat və yaxud 7,9% çoxdur.