Azərbaycan.media xəbər verir ki, təbiətin mühafizəsi və qanunsuz ov hallarının qarşısının alınması istiqamətində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər davam etdirilir. Növbəti əməliyyat tədbirləri rayonun Ərçivan qəsəbəsi, Şiyəkəran və Kələdəhnə kəndləri ərazisində həyata keçirilib.
Polis əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı çöl quşlarının qanunsuz ovu ilə məşğul olan R. Feyziyev, R. Mahmudov, X. Məmmədov və Ş. Feyziyev saxlanılıblar. Onlardan qanunsuz yolla ovladıqları müxtəlif növ çöl quşları, ov alətləri və digər ləvazimatlar götürülüb.
Faktla bağlı toplanmış m
