Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin müdafiə nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Qazaxıstana işgüzar səfər edib.
Azərbaycan.media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Zakir Həsənov və digər iştirakçı ölkələrin hərbi rəhbər heyəti 28 Qvardiyaçı Panfilovçu adına parkı ziyarət edib və “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Daha sonra Almatı şəhərində keçirilən iclasda cari hərbi əməkdaşlıq məsələləri və qarşıdakı fəaliyyət istiqamətləri müzakirə olunub. Toplantının sonunda yekun sənədlərin imzalanması mərasimi baş tutub.
Oxundu: 5
