Azərbaycan.media xəbər verir ki, Xaçmaz rayonunun Çaykənarı kəndində baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüatlar açıqlanıb.
Məlumata görə, dekabrın 29-da bıçaqlanan kənd sakini, 42 yaşlı Məmmədova Həqiqət Tərlan qızı təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı çoxlu qan itirən Həqiqət Məmmədova həkimlərin səylərinə baxmayaraq, bir gün sonra – oktyabrın 30-da dünyasını dəyişib.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının travmatoloqu Orxan Şeydayev bildirib ki, yaralı tibb müəssisəsinə döş qəfəsinin və qarın ön divarının kəsilmiş-deşilmiş yaraları, sol dirsək oynağı, sağ said və sol əlin ovuc hissəsində çoxsaylı kəsiklər diaqnozu ilə gətirilib.
Bütün reanimasiya tədbirlərinə baxmayaraq, qadının vəziyyəti ağır olub və oktyabrın 30-u saat 19:15 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
