🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Uroloji Xəstəxanaya yeni direktor və direktor müavini təyin edilib

Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına yeni direktor və direktor müavini təyin olunub.

Azərbaycan.media xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Respublika Klinik Uroloji Xəstəxanasına Pərviz Hacıyev rəhbərlik edəcək. Xəstəxananın direktor müavini – baş həkim vəzifəsinə isə Elçin Mustafayev təyin olunub.

Bu gün Vüqar Qurbanov yeni direktor və baş həkimi kollektivə təqdim edib, onlara müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, bundan əvvəl həmin xəstəxanaya Fariz Babayev rəhbərlik edib. O, öz ərizəsi ilə vəzifəsindən azad olunub.