🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Pakistan və Əfqanıstan atəşkəsi qorumaq barədə razılığa gəliblər


Xəbər verdiyimiz kimi, Pakistan və Əfqanıstan atəşkəsi qorumaq barədə razılığa gəliblər.

Azərbaycan.media xəbər verir ki, razılaşmadan sonra Əfqanıstan administrasiyası Türkiyədə Pakistan İslam Respublikası ilə aparılan danışıqlara görə minnətdarlığını bildirib.

Rəsmi bəyanatda qeyd olunur ki, qardaş ölkələr Türkiyə və Qətərin vasitəçiliyi ilə İstanbulda Pakistan tərəfi ilə bir neçə günlük danışıqlar aparıblar:
“İslam Əmirliyi Türkiyə Respublikasına və Qətər Dövlətinə göstərdikləri diqqətə görə səmimi qəlbdən minnətdarlığını bildirir. Əfqanıstan həmişə diplomatiyaya və anlaşmaya inanıb. İslam Əmirliyi digər qonşu ölkələrlə yaxşı münasibətlər axtardığı kimi, Pakistanla da müsbət münasibətlər arzulayır. Eyni zamanda qarşılıqlı hörmətə, daxili işlərə qarışmamağa və heç bir tərəfi təhdid etməməyə əsaslanan münasibətlərə sadiq qalır.”

Qeyd edək ki, iki ölkə atəşkəsin tətbiqi prinsiplərini müzakirə etmək üçün noyabrın 6-da İstanbulda görüşəcək.