Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə bəzi yerlərdə az çiskin müşahidə oluna bilər. Mülayim cənub-qərb küləyi axşam saatlarında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Paytaxtda havanın temperaturu gecə 10–15, gündüz 19–22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70–80 %, gündüz isə 55–65 % təşkil edəcək.
Azərbaycanın bölgələrində də havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi ərazilərdə arabir duman olacaq, qərb küləyi isə bəzi yerlərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 5–9, gündüz 19–24 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 0–4 dərəcə şaxta, gündüz 5–9 dərəcə isti olacaq.
