Milli Məclisdə jurnalistlər üçün tətbiq olunan telefon qadağası ləğv edilib.
Azərbaycan.media xəbər verir ki, bu gündən etibarən media nümayəndələri parlament binasında telefon məhdudiyyətindən azad olunublar. Artıq binaya daxil olan jurnalistlərdən mobil telefonlar alınmayacaq.
Qeyd edək ki, bu qərar 2022-ci ildən qüvvədə idi. Ötən həftə Əməkdar jurnalist, Real TV-nin baş redaktorunun müavini Mahir Məmmədli məsələni gündəmə gətirərək Milli Məclisdə jurnalistin telefonunun əlindən alınmasını onun peşə fəaliyyətinə maneə kimi qiymətləndirmişdi.
Oxundu: 8
