Azərbaycan.media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 31-də Salyan şəhərində vətəndaş qəbulu keçirib.
Nazirlikdən verilən məlumata görə, qəbulda Salyan, Şirvan, Hacıqabul, Neftçala və Biləsuvar rayon sakinləri iştirak ediblər. Vətəndaşlar işlə təmin olunma, müəllimlərin sertifikatlaşdırılması prosesi və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.
Emin Əmrullayev vətəndaşları dinləyib, qaldırılan məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun şəkildə həlli ilə bağlı aidiyyəti struktur rəhbərlərinə tapşırıqlar verib.
