Bu ilin 9 ayında qoruq və mədəniyyət obyektlərini 700 mindən çox turist ziyarət edib
Bu ilin yanvar-sentyabr aylarında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin tabeliyində olan qoruq və mədəniyyət müəssisələrini 706 494 turist ziyarət edib.
Bu barədə Azərbaycan.media-ya açıqlamasında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli məlumat verib. Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 25,71 faiz çoxdur.
Murad Ağabəylinin bildirdiyinə görə, hesabat dövründə qoruq və mədəniyyət müəssisələrinə gələn yerli turistlərin sayı 159 171, xarici turistlərin isə 547 323 nəfər olub.
